Beynəlxalq səyyahlar Kəlbəcərdə- FOTO

10:10 05.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

12 ölkə - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonun Zülfüqarlı kənd yerləşən İstisu ilə tanış olacaqlar.

Qonaqları erməniləri Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. Onlar rayonda ermənilər tərəfindən törədilən dağılmış ərazilərə baxış keçirəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin ötən gündə Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

 
Oxunma sayı 88