Bəzi rayonlara leysan yağışları yağıb - FAKTİKİ HAVA

17:03 22.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 22-si saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Altıağac, Qusar, Şahdağ, Mingəçevir, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxanda arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

 

Saat 14:30 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan sel keçib.