Bəzi siyasi partiyaların Türkiyə siyasətinə yersiz müdaxiləsi yanlışdır - Bəhruz Məhərrəmov

12:00 17.02.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bəzi siyasi partiyalar, yaxud özünü siyasətçi hesab edən bəzi insanlar sosial şəbəkələrdə özünü guya Türkiyədə siyasi proseslərin hərəkətverici qüvvəsi kimi aparır, mövcud iqtidara qarşı çıxışlar edirlər”.

Bunu deputat Bəruz Məhərrəmov Milli Məclisin bugünkü Plenar iclasda çıxışında bildirib.

Türkiyədə baş verən zəlzələnin doğurduğu dəhşətli fəlakətdən söz açan deputat, bu zəlzələdə Azərbaycanın dövlət, xalq olaraq Türkiyənin yanında olduğunu deib.

B.Məhərrəmov Türkiyədə mövcud iqtidara qaşı müəyyən siyasi mübarizənin başladımasını qeyd edərək, Azərbaycanda da bəzi siyasi partiyaların, bəzi insanların özünü Türkiyə siyasətində hərəkətverici qüvvəsi kimi aparmasını yanlış hesab edib. B.Məhərrəmov bu məsələdə vətəndaşlarımızı daha diqqətli olmağa çağırıb.

Siyasət rubrikasından digər xəbərlər