Biləsuvar sakinləri “Azəriqaz”a müraciət ünvanlayıb

17:20 14.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftəlik işini Biləsuvar rayonunda daha dəqiq desək, Əliabad kəndində yekunlaşdırıb. Aksiyaya qatılan sakinlərdən 15-i müraciətini ünvanlayıb.

Hafta.az xəbər verir ki, bunlardan da 12-si Əliabad kəndinin genişlənmiş hissəsində salınan 48 evin sakinləri adından səslənib. Qeyd edilən hissədə yaşayan vətəndaşların istəyi isə həmin yeni yaşayış massivin qazlaşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən müraciətlər aidiyyəti üzrə yönləndirilib.