Binə Ticarət Mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işləri davam etdirilir

18:20 02.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünəndən yağan yağış paytaxtın Abşeron və Qaradağ rayonlarında bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri yağış suyu yığılmış ərazilərə cəlb olunub.

Hazırda Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işləri davam etdirilir.