Binəqədi rayonunda obyektdəki yanğın tam söndürülüb - VİDEO

21:37 23.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.

Hafta.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.