Binəqədidə 36 yaşlı kişi öldürüldü

10:59 21.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 20-i saat 18 radələrində Binəqədi rayon ərazisində 1985-ci il təvəllüdlü Ramil Orucluya məxsus meyitin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə hafta.az-a Binəqədi Payon Prokurorluğundan məlumat verilib.

 

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1988-ci il təvəllüdlü Zeynal Zeynalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ramil Orucluya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Zeynal Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Oxunma sayı 691