Binəqədidə məişət tullantıları yanıb

17:42 12.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 m² sahədə yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 m² olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 m² sahədə əriyib və sahəsi 600 m² olan talvarın şiferdən ibarət dam örtüyü 20 m² sahədə dağılıb. Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.