Yazını böyüt
Yazını kiçilt
Tanzaniyada eyni ailənin 11 üzvündən ibarət qrupu ildırım vurub. Bu barədə Daily News məlumat yayıb.
Bazar günü, dekabrın 3-də Maparagwe kəndində 11 nəfərlik ailə qohumlarından birinin məzuniyyəti şərəfinə açıq havada şənliyə toplaşıb. Bir tufan başlayıb və onları birdən ildırım vurub. Onlardan beşi sağ qalıb, altısını xilas etmək mümkün olmayıb. Həlak olanlardan ikisi uşaqdır.
Polis yerli sakinlərdən musson mövsümündə təhlükəsiz yerlərdə qalmalarını və lazımsız risklərə getməmələrini xahiş edib.