“Bir həftə ərzində Hindistandan Azərbaycana 600 turist gətirmişik” – Maneş Şah

16:24 06.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Hindistanda Azərbaycanı gəzib-görmək istəyənlərin sayı kifayət qədərdir. Onlar ilk fürsətdə Azərbaycana gəlmək arzusundadırlar”.

Bu sözləri Hafta.az-a eksklüziv müsahibəsində “Discover Azerbaijan” və “Walkabout Grup” şirkətlərinin rəhbəri Maneş Şah deyib.

İşadamı qeyd edib ki, Hindistandakı komandası ilə birlikdə Azərbaycanı ciddi şəkildə təbliğ edirlər. Nəticəsi də budur ki, hazırda Azərbaycana səfər etmək istəyən böyük turist ordusu yaranıb.

“Təsəvvür edin ki, bir həftə ərzində Hindistandan Azərbaycana 600 turist gətirə bilmişəm. Amma bu rəqəm bizi kifayətləndirə bilməz. Çalışacağam ki, daha çox hindistanlı Bakı şəhərini və Azərbaycanın digər əsrarəngiz bölgələrini gəzib-görmək şansı qazansınlar”, - deyib cənab Şah.