Birgə təlimlər təhlükəsizlik üçün vacibdir – Zakir Həsənov

18:00 21.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlıq davam edir”.

 

Hafta.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

Z.Həsənov bildirib ki, birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması üçün vacibdir:

 

“Xalqlarımız arasında yaxınlığın hərbi əməkdaşlığın bu səviyyəyə çatmasında müstəsna rolu var. Xalqlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.

 

Z. Həsənov xatırladıb ki, müstəqillik illərindən başlayan əməkdaşlıq son illər sürətlə inkişaf edir.

 

Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş olub.

Siyasət rubrikasından digər xəbərlər