Birmərtəbəli evdə yanğın

09:21 16.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.