“Biz birlikdə güclüyük!” çağırışınız bu gün xaricində yaşayan azərbaycanlıların da həmrəylik şüarına çevrilib - Moldova Azərbaycanlıları Konqresinin sədri

18:29 20.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Dünyada kütləvi hal alan COVID-19 pandemiyası təəssüflər olsun ki, Azərbaycandan da yan keçmədi. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı və yaranmış təhlükə bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi pik səviyyəyə çatmadı. Məhz buna görə də COVID-19 virusu ilə mübarizədə Azərbaycan modeli başqa dövlətlərə də nümunə oldu. Bu çətin günlərdə xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz Moldova Azərbaycanlıları Konqresi olaraq bizi çox qürurlandırır. Xaricdə yaşayan azərbaycanlıları diqqət mərkəzində saxlayaraq, hər cür yardımların göstərilməsinə dair göstəriş vermənizi yüksək qiymətləndirir, buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün xaricində yaşayan azərbaycanlıların da həmrəylik şüarına çevrilib. Əminik ki, Sizin rəhbərliyiniz sayəsində dövlətimiz bu bəladan ən az itki ilə tez bir zamanda çıxacaq. Bu nəcib işlərinizə görə Moldova Azərbaycanlıları Konqresi adından Sizə bir daha təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Məcidov Heybət

Moldova Azərbaycanlıları Konqresinin sədri

Moldova Respublikası, Kişineu şəhəri.