Ukraynada baş verənlər fonunda Rusiya qazından imtina artıq Avropaya təxminən 1 trilyon dollara başa gəlib. Bu barədə Bloomberg məlumat yayıb.
Agentlik qeyd edir ki, bu məbləğ Avropa şirkətləri və istehlakçılar üçün elektrik enerjisinin qiymətinin artması ilə bağlıdır. Eyni zamanda, Bloomberg-in proqnozlaşdırdığı kimi, bu, son onilliklərin ən böyük enerji böhranının yalnız başlanğıcıdır. Agentlik yazır ki, qış dövründən sonra qaz anbarları boş qalacaq və Rusiya qazının minimal tədarükü şəraitində onları doldurmaq çətin olacaq.
Onun sözlərinə görə, Avropaya maye qazın tədarükü ilə bağlı gərgin vəziyyət ən azı Qətər və ABŞ-ın karbohidrogen hasilatını kifayət qədər artıra biləcəkləri 2026-cı ilə qədər davam edəcək.
Analitiklərin fikrincə, Avropa İttifaqında təbii qazın qiyməti yenidən artaraq MVt/saat üçün 210 avroya yüksələrsə, o zaman Avropa kəskin iqtisadi tənəzzüllə üzləşəcək.