BMT binası qarşısında Anım Günü ilə bağlı aksiya keçirilib

23:00 26.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nyu-Yorkda və ABŞ-ın yaxın ştatlarında yaşayan Azərbaycan icması Birləşmiş Millətlər Təşkilatının (BMT) qarşısında 27 sentyabr Anım Günü ilə əlaqədar aksiya keçiriblər.

Hafta.az-ın məlumatına görə, aksiya zamanı https://freeusfromlandmines.com/ saytının təqdimatı keçirilib.

Eyni zamanda, aksiya zamanı BMT-nin Azərbaycanın işğaldan azad olunan ərazilərində mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana təsir göstərməsi istənilib, eyni zamanda şəhidlər yad edilib. Amerikada doğulub-böyüyən gənclər, o cümlədən 11 yaşlı uşaqlar aksiya zamanı çıxış edərək Ermənistanın Azərbaycana qarşı törətdiyi vandalizmlə bağlı məlumat veriblər.

Oxunma sayı 17
Siyasət rubrikasından digər xəbərlər