Yazını böyüt
Yazını kiçilt
İranla müqavilə qısa müddətdə - sabah və ya o biri gün imzalanacaq.
Hafta.az xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.
“Əgər bu razılaşmanı etməsəydik, iki il ərzində daha çox bomba ata bilərdik”,- deyə Tramp bildirib.
ABŞ Prezidenti İranla əldə edilən razılaşmanın münaqişəyə son qoymaq, Hörmüz boğazını yenidən açmaq və ən əsası, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi əsas məqsədlərinə çatdığını deyib.