BMT Yəmən Husilərindən 59 əməkdaşının azad edilməsini tələb edir

08:06 10.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT Yəməndə girov saxlanılan 59 əməkdaşının xüsusi məhkəmə qarşısında mühakimə edilməsi qərarını pisləyir və Husiləri onları dərhal azad etməyə çağırır.

Hafta.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

O, əlavə edib ki, qruplaşma BMT-nin 59 nümayəndəsini, eləcə də qeyri-hökumət və mülki təşkilatlarda, diplomatik korpuslarda işləyən onlarla əməkdaşı girov saxlayır.

Qeyd olunur ki, onların bəziləri 2021 və 2023-cü illərdən bəri heç bir hüquqi icraat olmadan həbsdədirlər. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.