BNA xüsusi avtobus zolaqları ilə bağlı videoçarx hazırladı

12:28 02.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Nəqliyyat Agentliyi xüsusi avtobus zolaqları çəkiləcək bəzi küçə və prospektlərdəki mövcud vəziyyətlə bağlı videoçarx hazırlayıb. 

 

Bu barədə hafta.az-a agentliyin mətbuat katibi Mais Ağayev bildirib.

 

O qeyd edib ki, videoçarxda qeyd olunan ünvanlarda tıxac və sıxlıq səbəbindən yaranan nəqliyyat şəraiti, bunun marşrut şəbəkəsinə təsiri konkret rəqəmlərlə ifadə olunub. Zolaqların təşkil olunması xüsusilə pandemiya vəziyyətində sərnişinlərin avtobusda sıxlıqda qalaraq səyahət etməsi müddətini əhəmiyyətli dərəcədə azaldacaq.

Oxunma sayı 731