Boks üzrə amerikalı dünya çempionu İSLAMI QƏBUL ETDİ

12:55 24.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünya şöhrətli amerikalı boksçu Endryu Teyt İslamı qəbul etdiyini və müsəlman olduğunu bəyan edib.

Hafta.az-ın yazdığına görə, boks üzrə 4 qat dünya çempionu Teytın ilk dəfə dua etdiyi anlar lentə alınıb.

Dua videosu milyonlarla dəfə baxılıb.

Tam adı Emori Endryu Teyt olan boksçu 1 dekabr 1986-cı ildə İngiltərədə anadan olub. 2022-ci ildə 3 milyon dollarlıq xalis sərvəti olan Teyt 15 dekabr 2020-ci ildə boks qaydalarına əsaslanaraq Jake Paula meydan oxuması ilə də tanınır.

Teytin uğurlar: 2009-cu ildə IKF Britaniya Cruiserweight Çempionu (84,5 kiloqram), 2011-ci ildə Yüngül Ağır çəkidə İSKA Dünya Tam Kontakt Çempionu (81,5 kiloqram), 2013-cü ildə Yüngül Kreyser çəkisi üzrə İSKA Dünya Tam Kontakt Çempionu (84,6 kiloqram) və 2014-cü ildə Enfusion Dünya Çempionu (90 kiloqram).