Bolqarıstan hökuməti Ukraynadan taxıl idxalını qadağan etdi

11:45 20.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstanda hökumət yerli istehsalçıların etirazını nəzərə alaraq Ukraynadan başda buğda olmaqla 20 taxılın məhsulunun ölkəyə idxalına müvəqqəti qadağa qoydu. 

Hafta.az-ın yazdığına görə, Baş nazir Klib Donev mətbuata açıqlamasında Bolqarıstanın Ukrayna ilə həmrəy olduğunu, lakin yerli istehsalçıların bu ucuz idxal bazarının yaratdığı rəqabəti ədalətli saymadığı üçün bəzi məhsulların idxalının müvəqqəti olaraq dayandırıldığını bildirib.

Tranzit keçidlərə mane olmayacağını qeyd edən Donev, "Ümid edirəm ki, Avropa Birliyinin müvafiq qurumları Ukrayna ilə yaradılan "həmrəylik dəhlizləri"nin gözlənilən nəticəni vermədiyini görür və buna uyğun addımlar atacaqlar. Bolqarıstanın tələbləri Polşa, Macarıstan və Slovakiya tərəfindən də dəstəklənir" deyib.

Kənd Təsərrüfatı naziri Yavor Geçev də qərarın aprelin 24-dən qüvvəyə minəcəyini və iyunun 30-dək qüvvədə olacağını bildirib.

Məlumata görə, buğdadan əlavə, günəbaxan tumları, günəbaxan yağı, qarğıdalı, bal, süd, süd tozu, qoz, fındıq, yumurta, toyuq, donuz və quzu əti, çovdar, şərab, sirkə və bəzi digər məhsulların da idxalı qadağan edilib.

Siyasət rubrikasından digər xəbərlər