Bolqarıstan “nöqsanlı” S-300 raketlərini Ukraynaya verəcək

09:32 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bolqarıstan parlamenti Rusiya istehsalı olan köhnə S-300 raketlərinin Ukraynaya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Hafta.az-ın BNR-ə (Bolqarıstan Milli Radiosu) istinadən yazdığına görə, hakim koalisiya NATO və Aİ-ni dəstəkləyən Bolqarıstanın Avropa İnkişafı Naminə Vətəndaşlar Partiyası (GERB), Davamlı Dəyişiklik (PP) və Demokratik Bolqarıstan (DB) partiyaları və üzvlərindən ibarət Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) partiyasıdır.

Rusiyayönümlü və keçmiş Kommunist Partiyasının xətti ilə siyasət aparan müxalif Bolqarıstan Sosialist Partiyası (BSP) qanun layihəsinə reaksiya verib və səsvermədən əvvəl sessiyanı tərk edib.

Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvanı dəstəkləyən populist Dirçəliş Partiyası da bu qərara qarşı çıxıb.

Müxalifət partiyaları sessiyanın ilk açıq hissəsində müdafiə naziri Todor Taqarevin istefasını tələb ediblər.

BSP millət vəkili Atanas Zafirov, “Biz indi S-300 raketlərimizi guya “nöqsanlı” olduqlarını əsas gətirərək veririk. O zaman biz bütün S-300 sistemlərimizi verəcəyik, çünki raketlərimiz bitdi" deyib.

Baş Qərargah rəisi, ordu generalı Eftim Eftimov verdiyi açıqlamada, "Mövcud vasitələrlə təmiri mümkün olmayan raketlər S-300 donanmamızın 3-5 faizini təşkil edir" deyib.

Hədiyyə edilən raketlərin olmamasının Bolqarıstanın təhlükəsizliyinə mənfi təsir etməyəcəyinə diqqət çəkən Eftimov, "Bu raketləri ancaq Rusiya təmir edə bilərdi. Müharibə səbəbindən bu, indi mümkün deyil. Qüsurlu raketlərin saxlanması hərbçilərimiz üçün təhlükə yarada bilər" deyə əlavə edib.

Bolqarıstan daha əvvəl Kiyevə 100 köhnə, lakin heç vaxt istifadə etmədiyi zirehli maşın və sursat vermişdi.

Oxunma sayı 116
Siyasət rubrikasından digər xəbərlər