Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniyada karantin müddəti mart ayına qədər uzadılıb.
Hafta.az xəbər verir ki, Baş nazir Boris Conson fevralda bitməsi düşünülən karantin müddətinin uzadılacağını açıqlayıb.
O bildirib ki, virusa yoluxmada və ölüm saylarında azalma müşahidə edilmədiyi üçün müddətin uzadılmasına qərar verilib. Conson məktəblərin ən tez martın 8-dən sonra açılacağını bildirib.
Qeyd edək ki, Krallıqda Milad bayramından sonra bütün məktəblər, ticarət mərkəzləri, vacib olmayan mağazalar və idman mərkəzləri bağlanıb.