Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidə yerləşən ofisi bağlanmayıb.
Hafta.az xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, qurumun Xankəndidə yerləşən ofisi Bakıya bağlı olub: “Xankəndidə yerləşən ofis hazırda da işləyir. Həmin ofis heç bir zaman Ermənistana bağlı olmayıb. Hər zaman regionda olan ofislər bizimlə əlaqədə olub. Hazırda da ofisimiz bağlanmayıb və Qarabağda işləyir".