BQXK 10 pasienti Qarabağdan İrəvana apardı

16:58 31.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qarabağdan 10 nəfəri müalicə üçün Ermənistana aparıb.

Hafta.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə BQXK-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər müalicə olunmaq üçün İrəvana göndərilən daha 1 nəfər müşayiətçiləri ilə birlikdə Xankəndiyə qaytarılması planlaşdırılır.