Braziliyada 100 milyondan çox arını öldürdülər

11:17 20.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Braziliyanın Mato Qrosso əyalətində 100 milyondan çox arı insektisiddən zəhərlənib.

Hafta.az-ın yazdığına görə, səlahiyyətlilər ölkənin qərb hissəsindəki Mato Qrosso əyalətindəki bir fermada milyonlarla arının ölümünü araşdırmaq üçün işə başlayıb. Müayinələrdə 600 pətəkdə arı öldürücü pestisid fipronilin izləri aşkar edilib.

Ölkədə əkinçilikdə istifadəsinə icazə verilən fipronil arılar üçün zəhərli olduğundan qadağan edilib.

Milyonlarla arının tələf olmasına səbəb olan təsərrüfat sahibi cəmi 47 min dollar məbləğində cərimə ilə canını qurtarıb.