Braziliyalı futbolçu Dani Alves Barselonada həbs edilib

15:22 20.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Braziliyalı futbolçu Dani Alves Barselonada cinsi qısnama ittihamı ilə İspaniya polisi tərəfindən həbs edilib, Marca qəzeti xəbər verir.

"Barselona"nın keçmiş futbolçusu Alveşin polis bölməsində ifadə verməsindən sonra məhkəməyə aparılıb. Şübhəli barəsində hansı həbs-qətimkan tədbirinin tətbiq ediləcəyinə hakim qərar verəcək. Nəşrin məlumatına görə, Alveşi həbsxanaya göndərmək ehtimalı azdır.

Qadın daha əvvəl polisə müraciət edərək dekabrın 30-da Meksikanın “Pumas” klubunun 39 yaşlı müdafiəçisinin Barselonadakı gecə klublarından birində əlini alt paltarının altına saldığını bildirib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Futbolçu dostları ilə kluba gedib və orada bir qrup qız onlara yaxınlaşaraq söhbətə başlayıb. CCTV kameralarına görə, braziliyalı və qadınlardan biri eyni vaxtda tualetə gedib və bir neçə saniyədən sonra çıxıb gedib.

Alves daha əvvəl ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, ittiham olunan şeyi etmədiyini deyib.