Brent neftinin qiyməti 110 dollara qalxa bilər

17:33 12.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çin və digər Asiya ölkələri koronavirusla bağlı məhdudiyyətləri tamamilə aradan qaldırsa, Şimali Dəniz Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin üçüncü rübündə (iyul-sentyabr) 110 dollara qədər yüksələ bilər. Bu fikri ABŞ-ın “Goldman Sachs” investisiya bankının əmtəə araşdırmalarının rəhbəri Cefri Kerri Bloomberg TV-də bildirib.

“Təyyarələr, qatarlar və avtomobillər. Əgər onların hamısını yenidən işə salsanız, neftə tələbat sürətlə artacaq” deyə izah edib.

Hyuston investisiya bankı Piper Sandle-nin analitiki İan Stüartın sözlərinə görə, əmtəə qiymətləri yalnız Çindən tələbin azalması səbəbindən bir barel üçün 130 dollar civarında qalmayıb.
Britaniya maliyyə konqlomeratı Barclays 2023-cü ilin dördüncü rübündə (oktyabr-dekabr) Brent markalı neftin qiymətinin 106 dollar/barel səviyyəsinə yüksələcəyini gözləyir ki, bu da hazırkı səviyyədən 30% yüksəkdir.