BRICS-ə yeni üzvləri qəbul etməmək qərara alınıb - Abbas Əraqçi

14:59 24.10.2024 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

BRICS-in Kazanda keçirilən sammitində üzvlüyü genişləndirməmək və üzvlük üçün müraciət etmiş bəzi ölkələrə tərəfdaş statusu vermək qərarına gəliblər, İranın xarici işlər naziri Abbas Əraqçi IRNA-ya bildirib.

Onun sözlərinə görə, Kazanda keçirilən sammitdə BRİKS dövlət başçıları yeni üzvlərin daxil edilməməsinə qərar veriblər. Əvəzində bir sıra ölkələrə tərəfdaş statusunun verilməsi qərara alınıb.

Sammit zamanı BRİKS-ə qoşulmaqda maraqlı olan 30-35 ölkənin müraciəti müzakirə olunub.