Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət beynəlxalq assosiasiya idman sənayesində də əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.
Hafta.az-ın yazdığına görə, 2024-cü ilin iyununda Tatarıstanın paytaxtı Kazan BRİKS Oyunlarına ev sahibliyi edəcək.
Rusiyanın idman naziri Oleq Matytsin bildirib ki, oyunların Kazanda 12 idman obyektində keçirilməsi planlaşdırılır. İştirakçı ölkələrin təklifləri nəzərə alınaraq proqram üçün 22 idman sahəsi seçilib, lakin sahələr hələ tam müəyyənləşməyib.
Nazir qeyd edib ki, turnirin keçirilməsində əsas məqsəd bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və ən əsası idmançıların yarışlara bərabər qəbulu prinsipləri əsasında BRİKS ölkələri ilə dostluq idman əlaqələrini gücləndirmək olacaq.
Eyni zamanda Rusiya rəsmisi BRİKS Oyunlarının bir növ alternativ yarış olmadığını və beynəlxalq idman təqvimini pozmayacağını vurğulayıb.
Bundan əlavə, BRİKS İdman Əsasnaməsi assosiasiya sahəsində idmanın inkişafı üçün əsas prinsipləri müəyyən edəcək. Gələcəkdə BRİKS ölkələrinin çempionatlarının və peşəkar liqalarının yaradılması imkanları da nəzərdən keçirilir.