Brüssel və Vaşinqton Laçın yolunda postun qurulmasına etiraz etmir - Politoloq

13:57 10.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hərbi qüvvələri Azərbaycanla sərhəddə ərazilərimizi 7 istiqamətdə atəşə tutub. Separatçılar azğınlaşıb, Qarabağda vəziyyəti daha da gərginləşdirməkdə davam edirlər. Vəziyyət gərginləşdikcə, ABŞ, Avropa İttifaqı nümayəndələrinin bölgəyə səfərləri də intensivləşir.

Yenə də vasitəçi dövlətlər və birliklər problemin həllini hər iki ölkənin -işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycanın öz öhdəsinə buraxmaqla  “sülhə gəlin” çağırışları edirlər.

Amma işğalçı, separatçı bir ölkə ilə necə dil tapmaq olar? Yenə Ermənistan sülhə gəlmədiyinə və başqa dövlətin ərazisinə qarşı absurd iddialarla çıxış etdiyinə görə qınanmır. Üstəlik, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası Şurasının nazirlər səviyyəsində keçirilən iclasında Azərbaycan əleyhinə çıxış edib.

Bu barədə hafta.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanla Ermənistan arasında informasiya savaşı gedir. Onun sözlərinə görə, Ermənistan harda mümkündür Azərbaycan əleyhinə təbliğat aparır, dezinformasiyalar yayır. Diplomatiyamız fəallığı artırmalı, qonşu ölkənin manevr imkanlarını məhdudlaşdırmalıdır.

Politoloq qeyd edib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyasının tamamilə legitim olduğunu bildirib. Onun sözlərinə görə, Klaar -biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. “Şəffaflıq tamamilə qanunidir”-deyib.

Politloq qeyd edib ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono da Bakıda İlham Əliyevdən görüşdən sonra təxminən eyni fikri söyləyib.

“Başqa sözlə Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış postunun yaradılmasına Brüssel və Vaşinqton etiraz etmir, bunu Azərbaycanın təbii hüququ sayırlar.

 Digər bir tərəfdən Avropa İttifaqının təmsilçisi “Qafqazdakı proseslə bağlı Rusiya rəsmiləri ilə təmasınız varmı” sualına müsbət cavab verib. Bildirib ki, bir neçə həftə əvvəl Rusiyanın nazir müavini Qaluzinlə telefon danışığı olub, Rusiyanın xüsusi nümayəndəsi İqor Xovayevlə də görüşüb, hətta 2022-ci ilin sentyabrında Moskvada olub və bu barədə də müzakirələr aparıb”.

E.Şahinoğlu Klaarın bu açıqlamasının diqqəti mühüm məqamlara yönəltdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun danışmanı Mariya Zaxarova dayanmadan “Avropa İttifaqı Cənubi Qafqazda müəammalı fəaliyyətlə məşğuldur”, “Brüssel bölgədə Rusiyanı sıxışdırmaq istəyir” kimi fikirlər səsləndirirlər. Halbuki, Klaarın sözlərindən anlaşılır ki, Avropa İttifaqı Ukraynaya qarşı işğalçı müharibə aparmasına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsinə baxmayaraq, Azərbaycan-Ermənistan arasında vasitəçiliyi ilə bağlı Moskvanı mütəmadi məlumatıandırır. Lavrov və Zaxarova isə bu vaxta qədər Brüsselin bu məsələylə bağlı onlarla təmaslarına dair bir cümlə işlətməyib.

Politoloq bununla da bu qütblər arasında gedən savaşda önə çıxmaq iddiası daha önəmlidir.

Politoloq belə bir ərəfədə eyni zamanda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun bölgəyə səfərinə toxunmaqla Bakıda prezident İlham Əliyevlə, İrəvanla baş nazir Nikol Paşinyanla görüşünə diqqət çəkib.

Ekspert qeyd edib ki, Bononun görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirərək, birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətini ortaya qoyub.

Siyasət rubrikasından digər xəbərlər