Bu, Avropa Parlamentinin qorxaqlıq qətnaməsidir - Səməd Seyidov

12:05 06.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bu qətnamə həmin qüvvələrin çarəsizliyini göstərir. Bu qətnamə qorxaqlıq qətnaməsidir. Bu qətnamə Avropa Parlamentinə rəhbərlik edən qurumlar tərəfindən rədd ediləcək”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, Avropa Parlamentində oktyabrın 5-də Azərbaycana qarşı qəbul olunmuş qərəzli qətnamə ilk deyil. Bunun kimi qəbul olunmuş sənədlər olub və bu, Avropa Parlamentinin faciəvi durumunu göstərir.

Deputat bildirib ki, erməni lobbisinin gördüyü işlər darmadağın olan zaman Avropa Parlamentinin bu cür islamafov, antintürk, Azərbaycana, Türkiyəyə qarşı təhqirlərlə dolu qətnamə üzə çıxır.

“Bu qətnamə Avropanın çürük üzünü ortaya çıxarıb.  Eləcə də Fransa və onu ətrafında toplanmış ölkələrin Qarabağa satatus vermək, ermənilərin qoşunlarını burada yerləşdirmək bununla da Azərbaycanın suverenliyini əbədi şübhə altına almaq cəhdi iflasa uğratmaqla belə bir qətnaməni üzə çıxartdı. Artıq gələcəkdə Azərbaycanın siyasətinə, müstəqilliyinə müdaxilə etmək şansları ləğv olundu. Heç kim Azərbaycanın suverenliyini şübhə altına ala bilməz. Siyasətimiz düzgündür, iradəmiz dəyiməzdir”.

Siyasət rubrikasından digər xəbərlər