Bu addım yerli karqo şirkətlərinin fəaliyyətini sual altına qoyacaq - Açıqlama

11:11 25.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Trendyol"nun Azərbaycan bazarına daxil olacağı barədə məlumatlar dəfələrlə gündəmə gəlib.

Bu fikirləri hafta.az-a iqtisadçı-ekspert Xalid Kərimli isə deyib:

“Bu barədə məlumatlar təxminən 1 ildir ki, yayılır. Amma bu məlumatlar şayiə xarakterli idi. Çünki türk markaları birbaşa sürətdə Azərbaycan bazarında var. Lakin “Trendyol”un üstünlüyü ondan ibarət idi ki, insanlar birbaşa özləri alırdılar və karqo şirkətləri də çatdırılma məsələsini həll edirdi. “Trendyol” birbaşa bazara girirsə, burada anbarlarını qurmalı, təmsilçiliyini yaratmalıdır. Yəqin ki, onlar yarana biləcək bütün inzibati xərcləri də hesablayıblar.

Çox güman ki, şirkət bu addımı ilə bütün satışlarını nəzarət altına almaq istəyir. Təbii ki, bu addım yerli karqo şirkətlərinin fəaliyyətini sual altına qoyacaq. Bu gün bazarda 100-dən çox karqo şirkəti var və həmin şirkətlərdə ən azı 10-15 nəfər işləyir. Xüsusilə gənclər arasında məşğulluğu təmin edirlər və müəyyən də qazancları var. “Trendyol” Azərbaycanda təmsilçilik qurarsa, bu şirkətlər zəifləyəcək və müflis olacaqlar, bəziləri də fəaliyyət istiqamətlərini dəyişəcəklər. İstənilən halda bu şirkətlərin biznes modeli dəyişmək məcburiyyətində qalacaq. Çünki bu biznesAzərbaycanda “Trendyol” sayəsində məhşurlaşmışdı. Lakib burada bir məsələ də var ki, “Trendyol”un sahibi konkret olaraq Azərbaycan bazarına girəcəklərini açıqlamayıb. Ona görə də yaxın gələcəkdə onların bizim bazara daxil olacağı gözlənilən deyil. Trendyol"un sahibi Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri, anbarlar yaradacaqlarını bəyan edib. Azərbaycan onlar üçün o qədər əhəmyyətli böyük bazar deyil”.

Oxunma sayı 22