Bu bəyanat Azərbaycan əleyhinə beynəlxalq ictimai fikri formalaşdırmaq cəhdidir - Politoloq

20:15 14.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu cür qərəzli, yalan dolu bəyanat bir daha onu sübut edir ki, Fransa bir qayda olaraq işğalçının, separatizmi yaradan Ermənistanın yanındadır. Hafta.az xəbər verir ki, bunu beynəlxalq hüquqşünas Əli Mustafa Fransanın Azərbaycana qarşı yaydığı bəyanatla bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, Fransa İranla koordinasiyalı formada Ermənistana dəstək olur, onu müdafiə edir.

“Fransa indi də Ermənistan-Azərbaycan şərti sərhəddində baş verən hadisələri  öz maraqları çərçivəsində qiymətləndirməyə çalışır. Belə bir təəssürat yaratmağa çalışırlar ki, təqsirkar Azərbaycan tərəfidir, guya sərhədləri keçən, Ermənistanın “ərazi bütövlüyünü” pozan Azərbaycandır. Çox absurd və riyakar bir yanaşma ilə beynəlxalq aləmdə Azərbaycan əleyhinə ictimai rəyi hazırlamaq niyyətini güdürlər. Hesab edirəm ki, bu bəyanat Azərbaycan əleyhinə beynəlxalq ictimai fikri formalaşdırmaq cəhdidir”.

Ə.Mustafa Azərbaycan Xarici İşlər Nazirliyinin haqlı arqumentlərlə çıxış etdiyini və Fransanın guya narahatlıq ifadə etdiyi ərazilərin Azərbaycan əraziləri olduğunu bir daha “erməni bacılarına” anlatdığını önə çəkib.

“Ermənilər qanunsuzluq, özbaşınalıq edərək Azərbaycan ərazilərinə girib. İndi də Azərbaycan yavaş-yavaş vaxti ilə iki dövlət arasında olan sərhəd xəttinə çıxır və mövqelərini gücləndirir. Yəni məsələyə obyektiv baxış olsaydı, Fransa Ermənistanı qınamalı və separatçlığa son qoymağa çağırmalı idi”.  

Hüquqşünas hesab edir ki, burda Avropa missiyasının da bir rol oynamadığı ortaya çıxdı.

“ Baş verən hadisələr onu göstərdi ki, əslində bu missiya da bir işə yaramır. Görünür, Fransa bu istiqamətdəki yarıtmaz fəaliyyətini ört-basdır etməyə çalışır. Bütün hallarda Fransa kimin yanında olduğunu bir daha bəyan etdi. Bu Fransanın ermənipərəst, yalançı, qərəzli bir dövlət olduğunu ortaya qoymaqla onun imicinə ziyan vuran növbəti bir addımdır”.

Siyasət rubrikasından digər xəbərlər