Bu dövlətlər Ukraynanın parçalanmasını istəyir - SİYAHI AÇIQLANDI

17:20 07.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Çoxlarının xoşuna gəlməyə bilər, amma ortada reallıq var: Ukraynanın 41 milyonluq əhalisinin 17 milyonu təmiz rusdur. Yerdə qalan 24 milyonun, artıq 10 milyonu yoxdur, yəni Ukraynanı tərk edib.

Bu fikirləri hafta.az-a politoloq Cümşüd Nuriyev deyib:

"Bundan əlavə, Ukrayna ərazisinə Rusiyadan başqa daha 3 dövlətin iddiası var: Polşa, Macarıstan, Rumıniya. Hələ Slovakiyanı kənara qoyuram... Bunlar, sanki marığa yatıblar ki, 1940-cı ildə əllərindən alınan torpaqları geri qaytarsınlar. Şərqi Ukraynada əsas üstünlük ruslardadır, Krım isə artıq ilhaq edilib. Donetsk, Luqansk, Xerson vilayətləri işğal olunub. Yerdə nə qaldı? Yalnız Mərkəzi Ukraynada bir neçə vilayət.

Xarkov vilayətinin yarısı rusdur. Sözə heç nə vermirlər. Bu populist şüarların nəticəsini biz yaşamışıq. Ukraynada hansı xalq Zelenskini dəstəkləyir? Yalnız millətçilər. Onlar onsuz da əvvəldən Rusiyaya nifrət edirdilər. Hələ sovet dövründən bəllidir ki, ukraynalılar heç vaxt rusları sevməyiblər, xüsusilə də Qərbi Ukraynada yaşayanlar. İndiki şəraitdə hamımız arzulayırıq ki, Ukrayna ayağa qalxsın və Rusiyanı çökdürsün. Təəssüf ki, mövcud gerçəklik baxımından bu, utopiyadır. 24 milyon 146 milyonun qarşısında dayana bilməz. Bu, mümkün deyildir. Tarixdə hələ ki, belə hal olmayıb..."

Siyasət rubrikasından digər xəbərlər