Bu ermənilərin Qarabağda son çırpıntlılarıdır - Ekspert

20:26 05.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “Qisas” əməliyyatından sonra, Brüssel görüşünə qədər demək olar ki, bizim təmas xəttində ciddi atəşkəsin pozulması müşayət olunmurdu. 

Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev bildirib.,

“Düşünüdük ki, qarşı tərəf “Qisas” əməliyyatından sonrakı mərhələdə  ciddi nəticələr çıxardıb.  Amma Brüssel görüşündən sonrakı mərhələdə atəşkəsin pozulması halları intensivləşdi”.

E.Şıxəliyev atəşkəsin intensivləşməsinin üç əsas səbəblə bağlantısının olmasını düşünür.  

“Birincisi, Brüssel görüşündə Ermənistanın siyasətdə heç nə əldə edə bilməməsi, yəni Azərbaycanın təklif etdiyi 5 baza prinsipini qəbul etməsi və bunun da cəmiyyətə yansıması, yəni cəmiyyətin hərbdəki üzvləri bunun natamamlığını sahədə atəşkəsin pozulması ilə icra etməklə tamamlamaq istəyirlər.

İkinci səbəb, Ermənistanda hazırda Köçəryan, Sarkisyan dövründən qalmış və 44 günük müharibədə məğlub duruma düşmüş generalların öz vəzifələrini yerinə yütirməməsi üzərindən istintaq komissiyasının  gəldiyi nəticələrə görə baş verən həbslərdir.

Üçüncüsü, qeyri-qanuni hərbi birləşmlərin  qondarma rejimin qondarma miflərinin yaradılmasının 100 ildönümü ilə bağlı keçirilən kütləvi aksiyaların separatçılara sirayət etməsidir”.

Hərbi ekspert bildirib ki, əslində atəşkəsin pozulması hallarının qarşılığı cavabsız qalmır. Onun sözlərinə görə, əməliyyat şəraiti bizim bölmələrinin nəzarəti altındadır. Bizim praktikada var ki, atəşkəsin pozulması nöqtələri 3 avqust “Qisas” əməliyyatında nəzarətimizə keçdi və dolaylısı ilə dislokasiya mövqelərimizə çevrildilər. Bunu ermənilər bilməlidirlər. Əslində bizim verəcəyimiz net mesaj 3 avqust əməliyyatından sonra bu idi. Bu, 1 ay müddətində davam etdi və görünür unudublar. Bu əməliyyatlar təkrar oluna bilər”.

E.Şıxəliyev bildirib ki, qeyri-qanuni hərbi biləşmələrin yerləşdiyi ərazilərdə olan sülhməramlıların da öz vəzifələrini yerinə yetirməməsi, erməni milyonçusunun Rusiyadan imtina edib Qarabağa gəlməsi, bunun kimin layihəsi olması da Qarabağda olan separatçıların gələcək fəaliyyətinə dair ip uclarıdır.

“Əslində bunların  Avropa, Rusiya yönümlü güclərinin Qarabağ kartı üzərindən oynanılan  oyunların nəticələrini atəşkəsin pozulması ilə müşahidə edirik. Komanda briqadalarımız onların cavabını verəcək. Ermənistan Brüssel görüşündən sonra bəyanat verdilər ki, saziş imzalanacaq. Düşünürənm ki, bu ermənilərin Qarabağda son çırpıntlılarıdır. Həmin isteriyanı yaşayırlar. Nəticə etibarilə Qarabağda Azərbaycanın hərbi istəyi nə ilə bağlıdırsa, onunla da nəticələnəcək”.

Siyasət rubrikasından digər xəbərlər