Bu gecə ikinci Qədr gecəsidir

14:20 14.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi olacaq.

Qafqaz Müsəlmanları İdarəsindən hafta.az-a verilən məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edib. Bu gün - Ramazanın 20-ci günü Qədr gecəsinin ikinci, Ramazanın 22-ci günü - mayın 16-da isə üçüncü gecəsi olacaq. 

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı - mayın 20-dən 21-nə keçən gecə də Qədr gecəsi olacaq. 

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.