Bu gün Azərbaycanda ilk Qədr gecəsidir

10:15 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda ilk Qədr (Əhya) gecəsidir.

Hafta.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. 

Onun sözlərinə görə, ilk Qədr gecəsi Ramazanın 18-ci günündə olur:

”Bundan əlavə, Ramazanın 20 (3 may), 22 (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq. Həmişə Qədr gecələrində insanlar məscidlərə toplaşaraq birgə ibadətlər, dualar edirdi. Bu il yenə də pandemiya dövrü davam etdiyi üçün məscidlərdə toplaşmaq imkanı yoxdur. Bu səbəbdən insanlar Qədr gecəsini də öz evlərində, ailələri ilə  keçirə, dualarını, ibadətlərini edə bilərlər”.