Bu gün Fransa layiq olduğu qiyməti alır - Ekspert

12:53 06.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Prezidentinin Fransanın keçmişi, fəaliyyəti, müstəmləkəçi dövləti kimi digər ölkələrdə törətdiyi cinayətlərlə bağlı tənqidləri təqdirəlayiqdir."

Bunu hafta.az-a hüquqşünas Əli Mustafa Prezidentin  Qoşulmama Hərəkatının toplantısında Fransa ilə baglı sərt cıxışının əhəmiyyətini qeyd edərkən bildirib.

Ə.Mustafa Fransanın Azərbaycana qarşı daim ədalətsiz mövqe tutmasına toxunub. Onun sözlərinə görə, ənənəvi fransız ziddiyyətindən qaynaqlanan bu yanaşmanın Fransa tərəfindən sərgilənməsi təsadüfi deyil.

“Təbii ki, Fransanın bu mövqeyi Azərbaycanı bu ölkəyə adekvat davranmağa vadar edir.  Bu baxımdan bu gün Fransa layiq olduğu qiyməti alır. Fransaya deyilənlər, əslində həqiqətdir, bu günün gerçəkliyidir.  Düşünürəm ki, dünya birliyi bizi anlayacaq. Əminəm ki, Qoşulmama Hərəkatı üzvlərinin  böyük əksəriyyəti bu mülahizələrlə şərikdir, razıdır”.

Ə.Mustafa hesab edir ki, bütün hallarda Azərbaycan ortaya belə bir mövqe qoymalı idi.

“Fransa yeri-gəldi gəlmədi hər fürsətdə bizə qarşı belə davranış sərgiləyirsə, biz də hər platformadan istifadə edib gücümüzü, münasibətimizi ortaya qoymalıyıq. Qoy Fransa da düşünsün ki, Azərbaycanla düşmənçilik etmək ona nə dərəcədə faydalı, yaxud zərərli ola bilər”.

Siyasət rubrikasından digər xəbərlər