Bu gün OPEC nazirlərinin iclası keçiriləcək

11:20 03.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) nazirlərinin dekabrın 3-də videokonfrans vasitəsilə iclası keçiriləcək.

Hafta.az TASS-a istinadla xəbər verir ki, iclas “OPEC+” ölkələrinin dekabrın 4-nə nəzərdə tutulan və videokonfrans formatında keçiriləcək iclası ərəfəsində baş tutacaq.

Qeyd edək ki, OPEC ölkələrinin nümayəndələrinin belə görüşü adətən ildə iki dəfə keçirilir. Təşkilatın sonuncu iclası iyunun 29-da baş tutub.