Bu gün sakinlərin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq xidmətə əlavə canlı qüvvə çıxarılıb

20:17 09.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün isti hava şəraiti ilə əlaqədar paytaxt sakinlərinin çimərliklərə kütləvi gedişi nəzərə alınaraq Daxili İşlər Nazirliyi (DİN) tərəfindən polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, ictimai qaydanın və təhlükəsizliyin təminatı məqsədilə xidmətə əlavə canlı qüvvə çıxarılıb. Bütün çimərliklərə gedən yollar üzrə hərəkətin fasiləsizliyi təmin olunub, çimərliklərə naryad qrupları təhkim olunub. Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilib, müvafiq dövlət qurumları ilə əlaqəli fəaliyyət icra edilib.

Hazırda xidmət davam etdirilir.