Bu gün sonuncu Qədr gecəsidir

09:51 09.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

Hafta.az xəbər verir ki, sonuncu Qədr gecəsi mayın 9-dan 10-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.

Oxunma sayı 475