Bu günün yoluxma sayı: 649 nəfər

18:00 08.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1720 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 326 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 304580 nəfər müalicə olunaraq sağalıb, 4666 nəfər vəfat edib, aktiv xəstə sayı 16810 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 10244, ötən müddət ərzində isə ümumilikdə 3321511 test aparılıb.

 

Oxunma sayı 106