Bu ilin altı ayında İsrail əsgərləri 206 fələstinlini öldürüb

11:10 13.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin əvvəlindən bu yana İsrail qüvvələrinin hücumları nəticəsində həyatını itirən fələstinlilərin sayının 206 olduğu açıqlanıb.

Hafta.az-ın yazdığına görə, Fələstin İnformasiya Mərkəzinin hesabatında deyilir ki, işğal altındakı İordan çayının qərb sahilindəki Nablus və Tulkərim şəhərlərində İsrail əsgərlərinə qarşı silahlı hücumlara hazırlıq və təlim fəaliyyətləri zamanı 3 nəfər həyatını itirib.

Məlumata görə, fələstinlilərin ən çox həyatını itirdiyi şəhər 64 nəfərlə Cenindir. İsrailin hücumları nəticəsində Nablusda 46, blokada altındakı Qəzza zolağında isə 37 fələstinli həlak olub. Ramallah şəhərində İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 11, Hebronda 10, Qüdsdə isə 8 nəfərə yüksəlib.

Tulkərim vilayətində 6 fələstinli, Kalkiya və Beytləhm şəhərlərinin isə hər birində 4 fələstinli şəhid olub. Tubas və Selfit şəhərlərinin hər birində 3 fələstinli öldürülüb.

Siyasət rubrikasından digər xəbərlər