Bu ixtisaslarda keçid balı yüksək olacaq - DİM

11:24 16.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

I qrupda komputer elmləri, mühəndisliyi və informasiya texnologiyaları kimi nüfuzlu ixtisalarda çox yüksək keçid ballarının olacağı gözlənilir.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

"10 il qabaq kimsə desəydi ki, Hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq. Heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük", -DİM sədri bildirib.

Oxunma sayı 118