Çin çərşənbə günü hərbi güc tətbiqinin “danışıqların ruhuna uyğun olmadığını” bildirib və hər iki tərəfin cavab hava hücumları fonunda ABŞ və İranı dialoqa çağırıb.
Hafta.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində jurnalistlərə: “Müharibəni yenidən alovlandırmaq heç kimin maraqlarına xidmət etmir”.
Çin rəsmisinin bu açıqlaması ABŞ ordusunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq 80-dən çox hədəfə zərbə endirməsi fonunda verilib. ABŞ Mərkəzi Komandanlığı zərbələrin İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq həyata keçirildiyini bildirib.
“Təsnim” xəbər agentliyinin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Salman limanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci donanmasının qərargahı və Küveytdəki Əli Əl-Salem hava bazası da daxil olmaqla ABŞ-nin 85 hərbi obyektini hədəf alan raket və dron əməliyyatı keçirib.
Bu hücumları şərh edən Çin XİN-in sözçüsü Mao Nin deyib: “Hərbi tədbirlər danışıqların ruhuna uyğun deyil”. O, İran və ABŞ prezidentləri tərəfindən ötən ay imzalanan və müharibəyə birdəfəlik son qoymaq üçün iki tərəfin 60 günlük danışıqlar müddətini müəyyən edən müqaviləyə istinad edərək əlavə edib:
“Biz iki tərəfi mübahisəni danışıqlar yolu ilə həll etməyə, İslamabad Anlaşma Memorandumu üzrə prosesi davam etdirməyə və güc tətbiqindən çəkinməyə çağırırıq”./“Sinxua”/