Bu marşrutda gediş haqqı ucuzlaşdırıldı

10:49 17.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda M8 ekspress xətti üzrə hərəkət edən marşrut avtobuslarında gediş haqqı ucuzlaşıb.

Hafta.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli tvitter hesabında yazıb.

V.Kərimli bildirib ki, vətəndaşların rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib:

"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib".