"BMT Təhlükəszilik Şurasında Azərbaycanın antiterror əməliyyatı ilə bağlı aparılan müzakirə həm beynəlxalq hüquqa, həm də BMT-nin nizamnaməsinə ziddir. Bu, BMT-nin özünün də tanıdığı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir”.
Bunu hafta.az-a politoloq Natiq Miri BMT TŞ-da Azərbaycanla bağlı keçirilən müzakirələrlə bağlı açıqlamasında bildirib.
N.Miri Azərbaycanın, öz ərazisində antiterror əməliyyatı keçirdiyini qeyd edərək bildirib ki, əgər Qarabağ Azərbaycanın ərazisi kimi BMT dövlətləri tərəfindən tanınıbsa və orda olan silahlı birləşmələrin varlığını hər kəs təsdiq edirsə bu xüsusda müzakirə ediləcək məsələ olmamalı idi.
“Bu müzakirə BMT adına babırçılıqdır. BMT sülhə töhfə verən mötəbər bir təşkilatdır. Bütün dünya dövətlərini özündə birləşdirən, beynəlxalq münasibətlər sistemini tənzimləyən, təhlükəsziliyi təmin edən bir təşkilatdır. Azərbaycan 5 fundamental prinsip əsasında Ermənistana sülh təklif edib və bu gün də bu təşəbbüs davam edir”.
Eksper hesab edir ki, bu gün iki dövlət arasında sülh müqavilsinə əngəl olan erməni terrorizminin, qanunsuz silahlı birləşmələrinin Qarabağdakı varlığı gündəmə gətirilirsə və Azərbaycan buna qarşı mübarizə həyata keçirdib çox qısa zamanda əməliyyatlar keçiribsə və bu zaman beynəlxalq hüquq həssaslıqla gözlənilibsə, bunun fonunda hər hansı Qarabağ məsələsi müzakirə olunmalı deyildi.
“Aparılan bu müzakirə onu göstərir ki, artıq BMT-ni də xiristian həmrəyliyi təşkilatına çeviriblər. Bu hüquqi nihilizm, beynəlxalq hüququn ayaq altında olması deməkdir”.
N.Miri eyni zamanda bildirib ki, bu müzakirlərdə Azərbaycan əleyhinə hər hansı qəqar çıxardıla bilməzdi.
“Əvvəla Fransa bununla bağlı konkret layihə təqdim etməmişdi, hətta istəsələr belə çıxara bilməzdilər. Digər bir tərəfdən, belə bir qətnamə BMT-nin özünü təkzib etmiş olardı. Bu qərar Azərbaycanla Ermənistanı yeni bir müharibəyə təhrik etmiş olardı. Azərbaycan beynəlxalq hüquq normaları müstəvisində 1 günlük antiterror əməliyyatı keçirib terorçulara ağ bayraq qaldırdı. Dünyada belə bir təcrübə yoxdur. ABŞ Suriyada, Pakistanda. Əfqanısatanda guya havadan nöqtə atışları edib terrorçuları məhv etməyə çalışıb. Bir terrorçunu öldürmək üçün 10-la mülki şəxs həlak edib, sonra da üzr istəyiblər. Bir də Azərbaycann əmliyyatına baxsınlar. Azərbaycanın keçirdiyi əməliyyat bütün dünyaya gücün əxlqını nümayiş etdirdi. Türk-müsəlman toplumu budur”