Bu ölkələr Ukrayna üçün ABŞ-dan “Patriot” raketləri sifariş edəcək

08:09 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Norveç, Danimarka, Almaniya və Kanada ABŞ istehsalı olan "Patriot" raketlərini Ukrayna üçün birgə sifariş edəcək.

Hafta.az xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb. Bildirilib ki, sifariş NATO-nun PURL proqramı çərçivəsində həyata keçiriləcək.

Raketlərin bir hissəsinin çatdırılması vaxt apardığından Norveç Ukraynaya daha sürətli dəstək məqsədilə artıq "Patriot" raketlərinə malik ölkələrdən də onların alınmasını planlaşdırır.

Norveç hökuməti, həmçinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün 3 milyard Norveç kronu (306,3 milyon ABŞ dolları) ayırdığını açıqlayıb.

Norveçin müdafiə naziri Tore Sandvik bildirib ki, ballistik raketlər gələcəkdə ölkəsi və müttəfiqləri üçün ciddi təhlükə yarada bilər və bu səbəbdən Norveç Ukraynanın müvafiq təşəbbüsünü maliyyə baxımından dəstəkləyəcək.