Korsikanın yerli parlamentində müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydaları Fransa Konstitusiyanın 2-ci maddəsinə zidd hesab edilərək Korsika dilinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərar Korsika məmurlarının, siyasətçilərin narazılığına səbəb olub və adanın seçilmiş məmurları apellyasiya şikayəti verib. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər.
Az qala ermənilərin hüquqmüdfiəçisi olan Fransa-Makron hökumətinin bir xalqın dilini ləğv etməsi bu hökumətin hansı mahiyyətini ortaya qoyur?
Bu barədə hafta.az-a açıqlama verən hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, Fransa hökumətinin bu qərarı bir tərəfdən insan hüquqları haqqında bütün beynəlxalq sənədlərə, Avropanın insan hüquqları haqqında müddəalarına və prinsiplərinə, digər tərəfdən Fransanın özünün elan etdiyi dəyərlərinə ziddir. Hüquqşünas hesab edir ki, bu qərar Fransanın kiçik xalqları sıradan çıxartması, məhv etməsi, müstəmləkə siyasəti kimi qiymətləndirilməlidir.
“Təəssüf ki, XXI əsrdə bu cür ölkə BMT kimi təşkilatın 5 daimi üzvlərindən biri kimi fəaliyyət göstərir. Bu, istər-istəməz Fransanın həm Avropanın, həm BMT -nin İnsan Hüquqları İnstitutları ilə ziddiyyət təşkil edən bir mövqeyə gətirib çıxardacaq”.
Q.Əlibəyli bildirib ki, Avropa dövlətləri başda olmaq şərti ilə əslində bütün dövlətlər bu qərara qarşı çıxmalıdırlar və Fransanın bu qərarından Beynəlxalq Məhkəməyə şikayət verilməsi məsələsi də qaldırılmalıdır.
“Təəssüf ki, beynəlxalq hüququ saymayan belə bir dövlət Azəbayacanın da daxili işlərinə qarışmaq istəyir. Fransa Qarabağda 5-10 nəfər az saylı erməni quldurunu bir xalq hesab edib, onların müdafiəçisi kimi çıxış edir. Fransa özünün də daxilində xalqların hüququnu pozmaqla onları məhv etmək siyasəti ilə məşğuldur. Hesab edirəm ki, Beynəlxalq Məhkəməyə müraciət etməyin vaxtı yetişib”.