Bu rayonda qaz olmayacaq

10:24 17.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə hafta.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat veriıib.

 

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi QPS qolu” qaz kəmərində siyirtmənin quraşdırılması ilə bağlı mayın 17-də saat 10:00-dan təmir işləri başa çatanadək "Ağcabədi" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.